• 19 Avqust 2022
logo
TN: Yanvarın 8-dən şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq

TN: Yanvarın 8-dən şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq

8 yanvar 2021-ci il saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, sorğuların qəbulunun müvəqqəti dayandırılması II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Portalda mövcud sorğuların tamamlanması prosesi 13 yanvar 2021-ci il saat 18:00-dək davam edəcək.

Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.

Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.