• 9 Avqust 2022
logo
Tuğ kəndində xidmət aparan hərbçilərə bayram sovqatı çatdırılıb

Tuğ kəndində xidmət aparan hərbçilərə bayram sovqatı çatdırılıb

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsinin işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçulara dəstək aksiyası çərçivəsində növbəti tədbir bu gün Xocavənd rayonunda baş tutub.

Rayonun işğaldan azad edilmiş Tuğ kəndində xidmətini davam etdirən hərbçilərə bu gün bayram sovqatı çatdırılıb.

Azərbaycan hərbçilərinə müxtəlif qida məhsulları, gündəlik tələbat malları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamalar təqdim olunub.

“Bravo” supermarketlər şəbəkəsinin bağlamaları çatdıran əməkdaşları əsgər və zabitlərin ehtiyacları və istəkləri ilə maraqlanıb, müvafiq qeydiyyat aparıblar.

Əsgər və zabitlər diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, ordunun təminatının daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən dəstək aksiyasını yüksək qiymətləndiriblər.