• 9 Avqust 2022
logo
Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 61 siyasi partiyadan 2-nin sədri qadındır

Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 61 siyasi partiyadan 2-nin sədri qadındır

Azərbaycanda qadınların siyasi partiyalarda təmsilçiliyinə dair göstəricilər açıqlanıb.

Bu, Milli Məclisin sabah keçiriləcək iclasında ilk dəfə təqdim ediləcək “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

2019-cu ilin statistikasına əsasən, ölkədə rəsmi qeydiyyatdan keçmiş 61 siyasi partiyadan 2-nə qadınlar, 59-na kişilər rəhbərlik edib: “Bu partiyaların seçkili orqanları və rəhbər strukturlarında təmsil olunanların 23%-i qadındır. Bu qadınlardan da 38,1%-ni gənc, 55%-ni isə ali təhsilli qadınlar təşkil edir".