• 20 Avqust 2022
logo
Paytaxt üzrə 127 təhsil işçisi ordu sıralarına qoşulub

Paytaxt üzrə 127 təhsil işçisi ordu sıralarına qoşulub

Paytaxt üzrə 127 təhsil işçisi ordu sıralarına qoşulub

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, təhsil işçiləri də Azərbaycanın öz torpaqları uğrunda haqq savaşı apardığı Vətən Müharibəsində fəal iştirak edib.
Belə ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışan 127 təhsil işçisi Azərbaycan Ordusunun sıralarına qoşulub. Onlardan 122-si müəllim, 5-i direktor müavinidir.