• 16 Avqust 2022
logo
Məktəbəqədər təhsil qruplarına cəlb edilən uşaqların sayı açıqlanıb

Məktəbəqədər təhsil qruplarına cəlb edilən uşaqların sayı açıqlanıb

2020-ci ildə icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb edilən uşaqların sayı açıqlanıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu il ölkə üzrə 50 rayon və şəhərdə təşkil edilən, ümumi sayı 500-ə çatan icma əsaslı məktəbəqədər təhsil qruplarında 9207 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb edilib.

Pandemiya dövründə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə “Mədəniyyət” kanalında “Oynayırıq və öyrənirik” adlı teledərslər nümayiş olunub