• 9 Avqust 2022
logo
Bakıya qar yağır

Bakıya qar yağır - FOTO

Hazırda Bakıya güclü küləklə müşahidə edilən qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağıntılı hava sabah da davam edəcək.

Dekabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, gecə bəzi yerlərdə sulu qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək.