• 14 Avqust 2022
logo
Təhsil kreditləri ilə bağlı məşğul oluruq - Nazir

Təhsil kreditləri ilə bağlı məşğul oluruq - Nazir

Təhsil kreditləri ilə bağlı məsələ ilə məşğul olmuşuq. Müəyyən sənədlər hazırdır, bu istiqamətdə müvafiq qurumlar arasında xeyli iş aparılıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deputatların suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, xeyli məsələlər var ki, bütün bunlara müzakirə edilərək aydınlıq gətirmək lazımdır: “Təhsil Nazirliyi ilə birgə müzakirələr təşkil edə bilərik. Biz müzakirələrə açığıq və hazırıq".