• 18 Avqust 2022
logo
Azərbaycan Ağsaqqallar şurası “Yaşat” fonduna 30 000 min manat ianə etdi

Azərbaycan Ağsaqqallar şurası “Yaşat” fonduna 30 000 min manat ianə etdi

Ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək vermək üçün ölkə prezidentinin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə "YAŞAT" fondu yaradılıb.

“Azərbaycan Ağsaqqallar şurası” İkinci Qarabağ Müharibəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fonduna 30 000 manat məbləğində yardım ayırıb.
Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin yaşayış təminatına vətəndaş cəmiyyəti təşəbbüslərinin ictimai nəzarət altında şəffaflıqla çatdırılmasıdır.