• 27 İyul 2024
logo
Peşə Təhsili üzrə Dövlət Agentliyində Apelyasiya Komissiyası yaradılır

Peşə Təhsili üzrə Dövlət Agentliyində Apelyasiya Komissiyası yaradılır

Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrinə qəbul və nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılır.
Təhsil Nazirliyindən verilən məlumata görə, vətəndaşlar Apelyasiya Komissiyasına 11-13 sentyabr tarixlərində saat 10:00-dan 18:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və təhsil haqqında sənədi təqdim etməklə müraciət edə bilərlər.
Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu artıq başa çatıb. 5-20 avqust tarixlərində keçirilən birinci mərhələdə 8 808 nəfər, 28 avqust - 5 sentyabr tarixlərində keçirilən ikinci mərhələdə isə 3 754 nəfər peşə təhsili müəssisələrində təhsil almaq hüququ əldə edib. Müsabiqənin 2-ci mərhələsindən uğurla keçən şəxslərin qəbul olunduqları peşə təhsili müəssisələrinə qeydiyyatı sentyabrın 10-dək davam edəcək.