• 1 İyul 2025
logo
ÜST tərəfindən TƏBİB-ə 1 milyon ədəd tibbi maska təhvil verilib

ÜST tərəfindən TƏBİB-ə 1 milyon ədəd tibbi maska təhvil verilib

Bu gün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) 1 milyon ədəd tibbi maska təhvil verilib.

APA-nın xəbərinə görə, ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı və TƏBİB-in tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva təhvil-təslim aktını imzalayıblar.

Bundan sonra da müvafiq tərəfdaşlara və yerli qurumlara tibbi maskaların paylanması davam edəcək.