• 15 Avqust 2022
logo
Naxçıvanda yaradılan “İlandağ” geoparkının əraziləri müəyyənləşdirilib

Naxçıvanda yaradılan “İlandağ” geoparkının əraziləri müəyyənləşdirilib

Naxçıvan Muxtar Respublikasında YUNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması layihəsinin ümumi ərazi xəritəsi hazırlanıb.

Trend-in məlumatına görə, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Babək, Culfa və Ordubad rayonları ərazisində “İlandağ” geoparkının ərazisinin ümumi, geoloji, geomorfoloji, landşaft, tarix-memarlıq, arxeoloji, biomüxtəliflik və s. xəritələri hazırlanıb. Ərazidə yerləşən 34 tarix-mədəniyyət, 41 arxeoloji abidənin, 32 geositin ətraflı təsvirləri verilib. Geopark ərazisinin kompleks qiymətləndirilməsi, nadir geoloji, geomorfoloji, canlı təbiət, tarix-memarlıq və arxeoloji obyektlər barədə məlumatları cəmləşdirən kompüter məlumat bazası yaradılıb, toplanılmış materiallar əsasında “İlandağ geoparkı” kitabı nəşr olunub.