• 14 Avqust 2022
logo
ABŞ-da Azərbaycan məktəbi fəaliyyətə başlayıb

ABŞ-da Azərbaycan məktəbi fəaliyyətə başlayıb - FOTO

ABŞ-ın Florida ştatında həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Azərbaycan–Amerika Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "Vətən" adlı həftəsonu Azərbaycan məktəbi təsis edilib.

Məqsəd Azərbaycan dilinin təbliği, xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərə doğma dilimizin, mədəniyyətimizin və tariximizin öyrədilməsidir.

Pandemiya ilə bağlı mövcud tələblərə uyğun olaraq, məktəbin təntənəli açılış mərasimi virtual formatda baş tutub. Artıq Azərbaycan dili dərslərinin onlayn tədrisi başlayıb. Dərslər xüsusi hazırlanmış proqram üzrə peşəkar təlimçilər tərəfindən aparılır.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan dərslərdə, ilk olaraq, uşaqlara Azərbaycan əlifbası öyrədilir.