• 12 Avqust 2022
logo
Şəhid Ramiz Cəfərovla "Olmayan Bir Müsahibə..."

Şəhid Ramiz Cəfərovla "Olmayan Bir Müsahibə..."

Azərbaycan yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.​

Bu material Ramiz Cəfərova həsr edilmişdir...

Hər bir həyatın əvvəli və sonu olur. Amma elə həyatlar var ki, onların sonu olmur... Deyirlər ki, insan onu xatırlayanlar mövcud olduğu qədər yaşayır. Bəziləri əbədi yaşayırlar, çünki onları unudan belə olmur...

-Sizi göyləyirdim, polkovnik.

-Salam, salam.

-Ailənizlə danışmışam, böyük qızınızla.

-Nə yaxşı, uşaqlarımla fəxr edirəm, MaşAllah hamısı ağıllı, savadlı.​

-Onlar da Sizinlə fəxr edirlər, Ramiz bəy. Amma çox darıxırlar, Nigarın səhifəsini izləyirəm...

-Bizim üçün darıxmaq olmaz, bizi xatırlamaq lazımdır. Təki Vətən sağ olsun.​

-Ramiz bəy, Siz Ukraynada anadan olmusunuz?

-Bəli.

-Rus dilini bilirsiniz?

-Rus, ingilis, fransız, nə dildə ürəyiniz istəyir danışım (gülür).

-İdmanı da çox sevirdiniz, deyəsən?

-Hə, cüdoyla, ümümiyyətlə idmanla çalışırdım hər gün məşğul olum.

-Bəs Ramiz bəyin hobbisi var idi?

-Hə (gülümsəyir) balıq tutmağı çox sevirdim. Hər həftə gedərdim.​

-Amma yenə də hərbçilik hər şeydən üstün olub?

-Qismən elədir... Bilirsiniz, uşaqlarımı da elə böyütmüşəm, vətənpərvər. Vətən mənim üçün hər şeydir.

-Sizin dostunuz Mübariz bəy mənə bir əhvalat danışıb. Siz paraşütlə enəndə, onun ipləri dolaşıbmış. Amma Siz ehtiyat paraşütdən istifadə etmədən bu vəziyyətdən çıxmışdınız. Hətta Mübariz müəllim nə dərəcədə bacarıqlı olduğunuza təəcüb etdi. Deyəsən paraşütlə tullanmaqla aranız çox yaxşı olub?

-Hə, yadımdadır (gülür). Vaxtilə uşaqları yığıb təlimlər keçirdik ki, nümunə olaq. Sevindim ki, Mübariz salamatdır.

-Bəli, Sizə qonaq gəlmişdı...

-Sağ olsun!

-Ramiz bəy beş övlad atası və Vətən uğrunda döyüşən polkovnik. Çətin idi

-Çox... (gülümsəyir). Həmişə seçim qarşısındasan. Amma onu da deyim ki, Vətəni seçəndə məhz balalarımı da seçdim, çünki bizim torpaqlarımızın azadlığı bütün uşaqların gələcəyilə bağlıdır.​

-Düz buyurursunuz...

-Ramiz bəy, deyəcək sözünüz qalıbmı

-Həyata bir daha gəlsəydim belə, yenə də canımı Vətən uğrunda qurban verməyə hazır olardım. Qələbə bizim oldu! Təki Vətən sağ olsun!