• 19 Avqust 2022
logo
Dövlət şəhid və qazi ailələrinə dəstək üçün ardıcıl tədbirlər həyata keçirir – Deputat

Dövlət şəhid və qazi ailələrinə dəstək üçün ardıcıl tədbirlər həyata keçirir – Deputat

Bu günlərdə Azərbaycan xalqı Zəfər günlərini yaşayır. Xalqımız bu günlərdə böyük birlik və həmrəylik nümayiş etdirərək düşmən üzərində möhtəşəm qələbəsini təmin etdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, hazırda qarşıda yeni mühüm vəzifələr durur: “Bu günlərdə baş verənləri ciddi təhlil etmək, nəticə çıxarmaq və bu qələbənin rellaşmasında payı olan heç kəsi unutmamaq. Digər vacib məsələ isə şəhid və qazi ailələrinə yüksək dəstəyi təmin etmək, onları daimi diqqət və qayğıda saxlamaq. Artıq bu istiqamətdə ciddi işlərə başlanılıb. Dövlət ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir.

Azərbaycanda şəhid və qazilərə dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı olub. Bu kateqoriyadan olan insanlar hər zaman dövlətin diqqət və qayğısı ilə tam əhatə olunublar.

Bununla yanaşı ölkə vətəndaşlar da bu kateqoriyadan olan insanlara hər zaman həssaslıqla yanaşıblar. Bu yanaşma özünün daha qabarıq formada İkinci Qarabağ Savaşında daha açıq büruzə verdi. Xalqımız qazi və şəhid ailələrinə böyük diqqət və qayğı göstərdi, öz maddi və mənəvi dəstəklərini onlardan əsirgəmədi.

Bu Azərbaycan xalqının böyüklüyünü bir daha təsdiq edir. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalaması xüsusi önəm daşıyır. Qeyd etdiyimiz ki, dövlət bu kateqoriyadan olan insanların ailələrinin maddi durumunun yaxşılaşıdırlması istiqamətində bütün zəruri addımları atır. Bu qərar bu sahədə vətəndaş cəmiyyətin iştirakının və şəffaflığın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır”.

Deputatın sözlərinə görə, fərmanda da qeyd olunduğu kimi, Fondun yardılmasında əsas məqsəd bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılmasıdır:

“Sözsüz ki, bu fərman həmin kateqoriyadan olan insanlara diqqət və qayğının artırılmasında, onların problemlərinin mərkəzləşdirilmiş qaydada həllində ciddi rol oynayacaq. Bu Fərman eyni zamanda, dövlətin xüsusilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan insanları hər zaman diqqətdə saxladıqlarının göstəricisidir”.