• 1 İyul 2025
logo
Hərbi xidmətdə olan namizədlər müəllim işləmək üçün yenidən müraciət edə biləcəklər

Hərbi xidmətdə olan namizədlər müəllim işləmək üçün yenidən müraciət edə biləcəklər

Təhsil Nazirliyi hazırda hərbi xidmətdə olan və müəllimlərin işə qəbulu üzrə onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslərə müraciət edib.

Nazirlikdən verilən məlumata görə, hərbi xidmətdə olduğu üçün hazırkı müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti dəfə keçiriləcək müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılacaqdır.