• 15 Avqust 2022
logo
Peyvənd olmayana qədər qapanmalara getməyə məcbur olacağıq - Şahmar Mövsümov

Peyvənd olmayana qədər qapanmalara getməyə məcbur olacağıq - Şahmar Mövsümov

COVİD-19-a qarşı peyvənd olmayana qədər belə vəziyyət davam edəcək və biz də qapanmalara getməyə məcbur olacağıq.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan vaksinin hazırlanması ilə bağlı bütün prosesləri izləyir: “Biz də ümid edirik ki, ən təhlükəsiz vaksinləri alıb, ölkəmizə gətirə biləcəyik".

Böyük Britaniya və Türkiyədə peyvəndləşmə aparılacağını deyən Ş.Mövsümov qeyd edib ki, Azərbaycanda ilk növbədə kimlərin peyvənd ediləcəyi barədə əlavə məlumat veriləcək.