• 12 Avqust 2022
logo
Evdə özünü təcridlə bağlı təcili yardıma zəng etmək yolverilməzdir - Səhiyyə Nazirliyi

Evdə özünü təcridlə bağlı təcili yardıma zəng etmək yolverilməzdir - Səhiyyə Nazirliyi

Evdə özünü təcrid, digər qoruyucu tədbirlərlə bağlı təcili yardıma zəng etmək yolverilməzdir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, evdə özünü təcrid, digər qoruyucu tədbirlər, xəstəlik haqqında müxtəlif suallar məhz poliklinik həkim və tibb işçiləri ilə müzakirə oluna bilər. Bu məqsədlər üçün təcili yardıma zəng etmək yolverilməzdir və həmin xidmətin və onun əlaqə vasitələrinin izafi yüklənməsinə səbəb olur. Təcili yardıma yalnız davam edən yüksək qızdırma, xəstənin vəziyyəti qəfil pisləşən zaman, boğulma halları və s. zamanı müraciət edilməlidir:

"Bəzi hallarda evdə müalicə alan koronavirus xəstələrində vəziyyətin pisləşməsi zamanı poliklinika tərəfindən də təcili yardım çağırıla bilər. Nəzərə almaq lazımdır ki, təcili yardımın hər bir əsassız çağrışı hansısa bir ağır xəstəyə göstəriləcək zəruri tibbi yardımın geçikməsinə səbəb olur".