• 19 Mart 2024
logo
Məişət zorakılığına məruz qalanların qeydiyyatı aparılacaq

Məişət zorakılığına məruz qalanların qeydiyyatı aparılacaq

Polis orqanları tərəfindən məişət zorakılığına ilk dəfə və təkrar məruzqalma hallarının qeydiyyatı aparılacaq.

Bu barədə məlumat Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət Planına əsasən, 2020-2023-cü illərdə məişət zorakılığına dair vahid məlumat bankının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə məişət zorakılığına ilk dəfə və təkrar məruzqalma hallarının qeydiyyatının polis orqanları tərəfindən aparılması və bu məlumatların vahid məlumat bankına operativ şəkildə ötürülməsinin təmin edilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırıq verilib. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) də prosesdə iştirakı tövsiyə edilib.