• 25 Yanvar 2021
logo
AMEA: İşğaldan azad olunan ərazilərdəki kəhrizlər ildə 119,7 mln. kubmetr suvermə qabiliyyətinə malikdir

AMEA: İşğaldan azad olunan ərazilərdəki kəhrizlər ildə 119,7 mln. kubmetr suvermə qabiliyyətinə malikdir

“İşğal illərində 5 rayonumuzda 332 kəhrizin 30 il ərzində erməni əsarəti altında qalıb”.

AMEA-dan APA-ya bildirilib ki, bunu Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev UNESCO-nun təşkilatçılığı ilə “Qədim Hidravlik Sistemlər - Kəhrizlər” üzrə beynəlxalq dövlətlərarası idarə heyətinin IX onlayn konfransında çıxışında deyib. O bildirib ki, coğrafi paylanmasına görə, Cəbrayıl rayonunda 111, Füzulidə 71, Ağdamda 98, Dağlıq Qarabağda isə 52 kəhriz yayılıb:

“Burada yayılmış kəhrizlərin saniyəlik su sərfi 3,743 m3/san, il ərzində əldə olunan suyun həcmi isə 119,7 mln. kubmetr təşkil edir. Kəhrizlər ən çox suya ehtiyacı olan bölgələrdə, çay olmayan, lakin zəngin yeraltı suya malik maili düzənliklərdə və çay yataqlarında qazılardı. Məhz qeyd olunan rayonlarda çay şəbəkəsi zəif, yeraltı sular isə bol olduğundan ta qədimdən bu yerlərdə kəhrizlərdən istifadə edilib”.

Direktor qeyd edib ki, Ağdam rayonundakı kəhrizlərin il ərzində 64,33 mln. kubmetr, Cəbrayılda 34,68 mln. kubmetr, Füzulidə 19,01 mln. kubmetr, Dağlıq Qarabağda isə 1,68 mln. kubmetr suvermə qabiliyyətinə malikdir.