• 15 Yanvar 2021
logo
Ötən həftə "Virtual məktəb" vasitəsilə 6 milyona yaxın dərs keçirilib

Ötən həftə "Virtual məktəb" vasitəsilə 6 milyona yaxın dərs keçirilib

Davamlı və keyfiyyətli təhsilin təmin edilməsinə şərait yaradan “Virtual məktəb”dən faydalananların sayı artır.

Təhsil Nazirliyindən verilən məlumata görə, 5-21 noyabr tarixləri üzrə platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 285 399, müəllimlərin sayı 123 029 nəfər olub.

Portalın aktiv istifadəçilərin sayı 861 403 nəfər, həftə ərzində keçirilmiş dərslərin sayı isə 5 754 809 olub.