• 28 Noyabr 2020
logo
Həftəsonu Bakıda bütün marşrutların fəaliyyəti dayandırılacaq - BNA

Həftəsonu Bakıda bütün marşrutların fəaliyyəti dayandırılacaq - BNA

Həftə sonları Bakıda bütün müntəzəm marşrut və ekspres xətlərin fəaliyyəti dayandırılacaq.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 21 noyabr saat 00:00-dan 23 noyabr səhər saat 06:00-dək Bakı şəhərində bütün müntəzəm və ekspress xətlər üzrə sərnişindaşımaları dayandırlacaq:

Learn more

"Qeyd olunan tarixlərdə Bakı şəhərinin inzibati ərazisində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq fərqlənmə nişanı alan avtomobillərlə taksi fəaliyyətinin göstərilməsində hər hansı bir məhdudiyyət olmayacaq.

Bir daha vətəndaşlarımızı sosial anlayış nümayiş etdirərək şəxsi və milli sağlamlığımız naminə karantin tələblərinə ciddi riayət etməyə çağırırıq".