• 28 Noyabr 2020
logo
Ağdamın azad edilməsi münasibəti ilə Qələbə yürüşü keçirilir

Ağdamın azad edilməsi münasibəti ilə Qələbə yürüşü keçirilir

Erməni işğalı altında olan Ağdam şəhərinin azad edilməsi sevincini yaşayan vətəndaşlarımız hazırda Bakının bir neçə ərazisində yürüş keçirir.

Günorta saatlarından etibarən əllərində Azərbaycan, Türkiyə və Rusiya bayraqları olan sakinlər Nərimanov rayonu ərazisində yerləşən Heydər Əliyev Mərkəzinin ətrafından başlayaraq üzü şəhər istiqamətində yürüş etməyə başlayıb.

27 il bu sevinci gözləyən sakinlər " Qarabağ bizimdir", "Ağdam azaddır" şüarlarını səsləndirirlər.