AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Toponimika sektoru yaradılıb.
AMEA-dan bildirilib ki, Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Qara Məşədiyev sözügedən sektorun müdiri təyin edilib.
Dağlıq Qarabağda zaman-zaman Azərbaycan tarixinə aid toponimlər kütləvi şəkildə dəyişdirilib, işğal dövründə bəzi adlar tərcümə edilib, bəzilərinə isə yeni erməni adları qoyulub.
Toponimika sektoru toponimlərin tədqiqi, işğaldan azad edilmiş, ermənilər tərəfindən adları dəyişdirilən 400-ə yaxın toponimin adının dəyişdirilməsi, milliləşməsi məsələləri ilə məşğul olacaq. Həmçinin işğaldan azad edilmiş rayonlarda küçələrə, meydanlara, parklara Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizin adlarının verilməsi təklifini də irəli sürəcək.