• 6 Dekabr 2022
logo
Vəhşi heyvan və balıqların ovuna icazə “ASAN xidmət”də veriləcək

Vəhşi heyvan və balıqların ovuna icazə “ASAN xidmət”də veriləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) müvafiq sahələr üzrə icazələrin verilməsini asanlaşdırmaq məqsədilə gələn aydan “ASAN xidmət”in təmin etdiyi məkanda fəaliyyət göstərəcək.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
Onun sözlərinə görə, dövlət ekoloji ekspertizası üzrə müvafiq icazələrin, eyni zamanda vəhşi heyvan və balıqların ovuna icazələrin verilməsi “ASAN xidmət” mərkəzində həyata keçiriləcək.
Bununla vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsinə, şəffaflığın artırılmasına, göstərilən xidmətlərin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olunacaq.