• 28 Mart 2024
logo
Bakcell Bərdə sakinlərinə dəstək göstərib

Bakcell Bərdə sakinlərinə dəstək göstərib

Bakcell şirkəti Ermənistanın raket atəşi nəticəsində zərər çəkmiş Bərdə şəhərinin sakinlərinə dəstək məqsədilə orada yaşayan abunəçilərinin balansını artırdı.
Bərdədəki bütün Bakcell abunəçilərinin balansına şirkət tərəfindən ölkə daxilində bütün istiqamətlərə zənglər üçün pulsuz 100 dəqiqə və 100 SMS yüklənib.
Qeyd edək ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir.
Bakcell şirkəti erməni terroru nəticəsində Bərdədə və digər şəhər və rayonlarımızda şəhid olan həmvətənlərimizə Allahdan rəhmət, yaralı soydaşlarımıza isə şəfa diləyir.
Qarabağ Azərbaycandır!