• 4 Dekabr 2020
logo
Nazir birinci kurs tələbələrinə qeydiyyatdan keçməklə bağlı müraciət edib

Nazir birinci kurs tələbələrinə qeydiyyatdan keçməklə bağlı müraciət edib

"Təhsil haqqının dövlət tərəfindən ödənilməsi üçün ötən il sosial həssas qrupdan olan 15 min tələbə müəyyənləşib”.

Bunu xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir bildirib ki, bu il də yuxarı kurs tələbələrinin müraciətinə təkrar baxılıb və qiymətləndirilib.

“Yeganə xahişimiz birinci kurs tələbələrinin qeydiyyatdan keçmələri ilə bağlıdır ki, bununla da onların sosial qrupa aid olub-olmadığını müəyyənləşdirmək mümkün olacaq”, - nazir əlavə edib.