• 4 Dekabr 2020
logo
Nazir: “Növbəti həftədən distant təhsil ən optimal qərar kimi görünür”

Nazir: “Növbəti həftədən distant təhsil ən optimal qərar kimi görünür”

“Ölkədə təhsil sistemi böyük sayı əhatə edir. Təxminən 1-3 yaşdan 24-25 yaşa qədər təhsil alınır”.

Bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir bildirib ki, eyni zamanda müəllimlər arasında yaşı çox olan şəxslərin də səhhəti qorunmalıdır.

“Ona görə də növbəti həftədən distant təhsil ən optimal qərar kimi görünür. Qaydalara əməl etməklə pandemiyanın qarşısını almağa çalışmaq lazımdır. Maskalardan istifadə, gigiyena qaydalarına əməl edilməsi və məsafə saxlamaq bizə bu vəziyyətdən çıxmağa kömək edə bilər. 7-8 aydır pandemiya ilə üz-üzəyik, həm Operativ Qərargah, həm təhsil, həm səhiyyə sistemi situasiyanı yaxşı başa düşür. Bu situasiyadan çıxmaq üçün hər bir vətəndaş çalışmalıdır. İş yerləri, ictimai yerlər, ictimai nəqliyyat, ailədaxili yoluxma daha çox olur, 30 faiz işçi məhdudiyyəti də yoluxma sayının azalmasına səbəb ola bilər. Hər iki həftədən bir vəziyyəti qiymətləndirə bilirik. Bu gün davranışımızı dəyişsə, 2 həftə sonra nəticə görərik. Şagirdlərin, müəllimlərin sağlamlığı, ümumiyyətlə cəmiyyətin sağlamlığı prioritetdir. Bu da yalnız birlikdə mümkündür. Virus görünmür, hər bir evdə hamıya yoluxa bilir. Hamı başqalarını yoluxdura bilir. Bu baxımdan hazırda təhsilin və cəmiyyətin üz-üzə qaldığı və böyük məsələlərin həll olunduğu dövrdə hər kəsin ən vacib töhfəsi qaydalara əmək etməkdir”, – deyə nazir əlavə edib.