• 29 Mart 2024
logo
Dövlət Miqrasiya Xidməti karantin rejiminin uzadılması ilə bağlı əcnəbilərə müraciət edib

Dövlət Miqrasiya Xidməti karantin rejiminin uzadılması ilə bağlı əcnəbilərə müraciət edib

Dövlət Miqrasiya Xidməti Azərbaycanda olan və yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Xidmətdən verilən məlumata görə, Nazirlər Kabinetinin 28 oktyabr 2020-ci il tarixli, 426 və 427 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb. Həmçinin operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran şəhərinə, Cəlilabad və Masallı rayonlarına giriş-çıxış dayandırılıb.

Ərazisinə giriş-çıxış məhdudlaşdırılmış şəhər, rayon və kəndlərdə (Regional miqrasiya idarələrinin yerləşdiyi Şəki və Xaçmaz şəhərləri istisna olmaqla) yaşayan və daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması təxirə salınır.

Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilər üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, eləcə də hüquq və vəzifələrlə bağlı qanunvericiliyin öyrənilməsi ilə əlaqədar kursların keçirilməsi təxirə salınır. Lakin kurs ilə əlaqədar material əldə etmək istəyənlər iş günləri saat 09:00-dan 18:00-a qədər (012) 566-37-74 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər:

Learn more

"Bir daha xatırladırıq ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

Karantin müddətində Xidmətin (012) 919 Çağrı Mərkəzi həftə sonları (7 və 8, 14 və 15, 21 və 22, 28 və 29 noyabr 2020-ci il tarixlərində) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlana bilər".