• 27 İyul 2024
logo
Azərbaycanın turizm potensialı ilə bağlı Rusiyada silsilə təqdimatlar keçiriləcək

Azərbaycanın turizm potensialı ilə bağlı Rusiyada silsilə təqdimatlar keçiriləcək

Azərbaycanın turizm potensialı ilə bağlı Rusiyada silsilə təqdimatlar keçirilir.
Dövlət Turizm Agentliyindən verilən məlumata görə, avqustun 27-dən 29-dək Azərbaycan Turizm Bürosu Rusiya Federasiyasının Yekaterinburq, Moskva və Kazan şəhərlərində silsilə təqdimatlar keçirilir.
Tədbirdə 3-ü hotel olmaqla, Azərbaycandan 10, Rusiyadan 100-ə yaxın turizm şirkəti iştirak edir.
Müxtəlif turizm istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq.
Görüşlər zamanı əməkdaşlıq imkanları müzakirə olunacaq və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılacaq.