• 23 İyul 2019
logo
add image
“Eternity-2019” təliminin planlaşdırma konfransı keçirilib

“Eternity-2019” təliminin planlaşdırma konfransı keçirilib

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin planlaşdırma konfransı olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirdə üç ölkənin müvafiq qurumlarının nümayəndələri regiondakı iqtisadi cəhətdən əhəmiyyətli layihələrin mühafizəsinin təşkilinə həsr olunan təlimə hazırlıq məsələlərini və qarşıda duran digər tapşırıqları müzakirə ediblər.