• 19 Mart 2024
logo
Vərəsəliyə dair məlumatlar icra məmurlarına elektron sorğular əsasında veriləcək

Vərəsəliyə dair məlumatlar icra məmurlarına elektron sorğular əsasında veriləcək

Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatlar icra məmurlarına elektron sorğular əsasında “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində veriləcək.

Bununla bağlı Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” qərarına dəyişiklik edib.

Dəyişikliyə əsasən, “İcra haqqında” qanuna uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar borclu şəxslərlə bağlı notariat hərəkətləri (vərəsəlik, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr, müqavilələr və etibarnamələr) və vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatlar icra məmurlarına elektron sorğular əsasında “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində veriləcək.