• 30 Noyabr 2022
logo
Baytarlıq Xidməti Lerikdəki heyvanların xəstəliyi ilə bağlı açıqlama verdi

Baytarlıq Xidməti Lerikdəki heyvanların xəstəliyi ilə bağlı açıqlama verdi

Lerik rayonunda iribuynuzlu heyvanlar arasında yayılan xəstəlik fermerlərin sanitar-gigiyena qaydalarına riayət etməməsi ilə bağlıdır.
Bunu Trend-ə Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat katibi Yolçu Xanvəli bildirib. Qurumun sözçüsü bildirib ki, yay fəsli xəstəliklərin ən çox yayıla biləcəyi mövsüm olduğundan məhz bu dövrdə fermerlər heyvanlara daha diqqətli yanaşmalıdırlar:
“Adətən yay fəslində heyvanda qan-parazitar xəstəliklər mövcud olur. Həmin xəstəliyin bir neçə növü mövcuddur, bunlar teylerioz, piroplazmoz, fransaielloz, anaplazmoz və mutallobdur. Heyvan bu xəstəliyə tutulduqda onda hərarət yüksəkliyi, halsızlıq, sarılıq, sidik ifrazı, qan azlığı və qidadan kəsilmə baş verir. Xəstəlik gənələr vasitəsi ilə yaranır, onun qarşısını qabaqlayıcı tədbirlərlə almaq olar. Fermerlər mütəmadi olaraq həftədə ən azı 1 dəfə heyvanı çimizdirməlidirlər. Çox təəssüf ki, bəzi fermerlər bu qaydalara riayət etmirlər və nəticədə heyvanlarda gənələr peyda olur”.
Y.Xanvəli əlavə edib ki, sözügedən xəstəliyə qarşı vaxtında mübarizə aparılmasa, heyvan tələf ola bilər.
DBX rəsmisi xidmət tərəfindən hazırda 13 xəstəliyə qarşı vaksinli mübarizə aparıldığını da vurğulayıb.