• 19 Aprel 2024
logo
"Orfoepiya lüğəti”nin layihəsi Nazirlər Kabinetinə təqdim olunacaq

"Orfoepiya lüğəti”nin layihəsi Nazirlər Kabinetinə təqdim olunacaq

“AMEA-nın Nəsimi adına Dilçilik İnsititutu tərəfindən hazırlanan “Azərbaycan dilinin orfoepiya lüğəti”nin layihəsiə təqdim olunan müxtəlif qurumlar tərəfindən müsbət rəy verilib”.

Bunu Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. O bildirib ki, layihə Nazirlər Kabinetinə təqdim olunacaq:

“Yəqin ki, “Orfoepiya lüğəti”nin layihəsini bu həftə Nazirlər Kabinetinə təqdim edərik”, -deyə dirktor əlavə edib.
Qeyd edək ki, bununla əlaqədar Orfoepiya Komissiyası və onun nəzdində İşçi qrupu yaradılıb. Komissiyanın sədri M. Nağısoylu seçilib.