• 3 Dekabr 2022
logo
Bakının 2 qəsəbəsində qaz olmayacaq

Bakının 2 qəsəbəsində qaz olmayacaq

Xəzər rayonunda "Sahil" xəttindən qidalanan qaz xəttində bu gün səhər saatlarında qaz sızması aşkarlanıb.
"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, sızmanın aradan qaldırılması ilə bağlı olaraq bir müddət Mərdəkan, Şüvəlan qəsəbələrinin bir hissəsində qaz təchizatına məhdudiyyətlər qoyulacaq.