• 29 Noyabr 2020
logo
BNA “Əsgərə məktub” layihəsinə qoşulub

BNA “Əsgərə məktub” layihəsinə qoşulub

Bakı Nəqliyyat Agentliyi “ASAN Könüllüləri” təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Agentliyin bir qrup əməkdaşı və “Nəqliyyat Könüllüləri” ərazi bütövlüyümüz uğrunda döyüşən qəhrəman əsgərlərmizə məktub ünvanlayıb.

Məktublarda Bakı Nəqliyyat Agentliyi kollektivinin şanlı Ordumuza mənəvi dəstəyi və daim onların yanında olması qeyd edilib. Düşmənə qarşı rəşadətlə döyüşən hərbçilərimizə minnətdarlıq ifadə olunub. İşğaldan azad edilən şəhər və rayonlarımızda, kənd və qəsəbələrimizdə dövlət bayrağının qaldırılmasının fəxrlə qarşılandığı diqqətə çatdırılıb.