• 4 Dekabr 2020
logo
İranda son sutkada COVID-19-dan 304 nəfər ölüb

İranda son sutkada COVID-19-dan 304 nəfər ölüb

İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 304 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

S. Sadat Larinin sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 31 650 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda son sutka ərzində 5 471 nəfər koronavirusa yoluxub. Beləliklə İranda COVID-19-a yoluxanların sayı 550 757 nəfərə yüksəlib.

O qeyd edib ki, İranda indiyədək 442 674 nəfər koronavirusdan sağalıb.