• 18 Aprel 2024
logo
Psixoloq və ya klinik psixoloq kimi fəaliyyət göstərə bilməyən şəxslər müəyyənləşib

Psixoloq və ya klinik psixoloq kimi fəaliyyət göstərə bilməyən şəxslər müəyyənləşib

Psixoloq və ya klinik (tibbi) psixoloq kimi fəaliyyət göstərə bilməyən şəxslər məlum olub.

Bu şəxslər Nazirlər kabineti tərəfindən təsdiq olunan “Psixoloji yardım göstərmək hüququ olan şəxslərə dair Tələblər”də müəyyən olunub.

Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər psixoloq və ya klinik (tibbi) psixoloq kimi fəaliyyət göstərə bilməyəcək:

- Şəxsiyyət əleyhinə cinayətlər törətməyə görə məhkumluğu olan şəxslər;

- Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müvafiq fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmiş və ya bu növ cəza ilə bağlı məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;

- Qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş şəxslər.