• 25 Oktyabr 2020
logo
Rusiya Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Rusiya Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Rusiya Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Prezident Vladimir Putinin rəhbərliyi ilə bu gün Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclası keçirilib. İclasda Rusiya ilə ABŞ arasında “Strateji hücum silahlarının gələcəkdə ixtisara salınması və məhdudlaşdırılması ilə bağlı tədbirlər haqqında” Müqavilə ilə bağlı dialoq məsələləri, eləcə də Dağlı Qarabağ münaqişəsi müzakirə olunub.