• 22 Aprel 2021
logo
Operativ Qarargah özəl müəssisələrə tövsiyə edib

Operativ Qarargah özəl müəssisələrə tövsiyə edib

Yaranmış vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qarargah özəl sektorda fəaliyyət göstərən müəssisələrə bir sıra tövsiyələr edib.

APA-nın məlumatına görə, tövsiyələrdə qeyd olunub ki, zəruri hesab edilən işçi heyətini məhdud sayda işə cəlb etsinlər və digər işçilərin maksimum məsafədən işləməsini təmin etsinlər.

Həmçinin, ən zəruri hallar istisna olmaqla 65 yaşdan yuxarı əməkdaşlar əməkhaqqı saxlanmaqla müvəqqəti olaraq işə cəlb olunmasın.