• 20 Aprel 2021
logo
ƏƏSMN əməkdaşları Ermənistanın Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini itirmiş uşaqlarla görüşüb

ƏƏSMN əməkdaşları Ermənistanın Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini itirmiş uşaqlarla görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları işğalçı Ermənistan tərəfindən Gəncə şəhərinə raket hücumu nəticəsində hər iki valideynini itirmiş uşaqlarla görüşüblər.

Nazirlikdən verilən məlumata görə, faciədən dərin sarsıntı keçirən 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseynin sosial-psixoloji vəziyyətlərinin qiymətləndirilməsi aparılıb. Onların zəruri sosial-psixoloji xidmətlə təmin olunmaları üçün mütəxəssis ayrılacaq.

Hər iki valideynini və nənəsini itirən 2 yaşlı Nilayın hazırda himayəsində yaşadığı ailənin də sosial ehtiyaclarına uyğun işlərin aparılması nəzərdə tutulur.