• 13 May 2025
logo
Paytaxtda marşrut avtobuslarının bəziləri maraqlı tərtibatda xəttə çıxarılıb

Paytaxtda marşrut avtobuslarının bəziləri maraqlı tərtibatda xəttə çıxarılıb

Paytaxtda marşrut avtobuslarının bəziləri maraqlı tərtibatda xəttə çıxarılıb.

Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, avtobusların üzərinə "Qarabağ Azərbaycandır!" və "Qələbə Bizimlədir!" şüarları yazılıb. Həmçinin dövlət bayrağı və ölkəmizin xəritəsi əks olunub.

Avtobusların vətənpərvərlik mövzusunda tərtibatı böyük marağa səbəbə olub. Aksiyanın keçirilməsində məqsəd cəmiyyətimizdə mövcud olan yüksək vətənpərvərlik ruhunu daha da artırmaqdır.

Qeyd edək ki, bu tərtibatda avtobuslar 13 və 14 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edirlər.