• 24 İyul 2019
logo
add image
Nazir müavini: Son 15 ildə Azərbaycanda ana və uşaq ölümü azalıb

Nazir müavini: Son 15 ildə Azərbaycanda ana və uşaq ölümü azalıb

Azərbaycanda 2018-ci ildə ambulator tibbi xidmətə təxminən 49 milyon müraciət olunub.
Trend-in məlumaına görə, bunu Səhiyyə naziri Elsevər Ağayev deyib.
E.Ağayev bildirib ki, bu müddət ərzində 727 min insan stasionar müalicəyə götürülüb ki, bunun da 280 mini müxtəlif səviyyəli əməliyyatlarla nəticələnib.
Nazir müavinin sözlərinə görə, ötən 15 il ərzində Azərbaycan 670-dən artıq tibb müəsisəsi əsaslı sürətdə yenidən qurulub və tikilib. Bu 670 tibb mərkəzinin təqribən 470-i regionların payına düşür.
E.Ağayev vurğulayıb ki, son 15 il ərzində Azərbaycanda ana ölümü 18.5-dən 12.7-ə, körpə ölümü 15.5-dən 11.1-ə endirilib: “Lakin biz bununla dayanmamalıyıq, biz çalışmalıyıq bu rəqəmləri 2-ə, 1-ə endirək və yaxud da çalışmalıyıq ki, ana ölümü ümumiyyətlə olmasın”.