• 23 Oktyabr 2024
logo
Hacı Tahir: "Ermənilərin atdığı raketdən Gəncə şəhərində əsr yarım yaşı olan pravoslav kilsəsi də zərər görüb"

Hacı Tahir: "Ermənilərin atdığı raketdən Gəncə şəhərində əsr yarım yaşı olan pravoslav kilsəsi də zərər görüb"

“Azərbaycan tolerant dövlətdir. Ölkəmizdə çoxlu kilsə, məscid, sinaqoq var”.

Bunu Gəncədə jurnalistlərə açıqlamasında İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov deyib.

O bildirib ki, Gəncə şəhərində IX əsrdən qalma İslam Peyğəmbərinin 5-ci nəvəsinə məxsus məscid zərər görüb: “Eyni zamanda Gəncə şəhərində əsr yarım yaşı olan pravoslav kilsəsinin ətrafına düşən raket zərbələrindən kilsə də zərər görüb. Bu da onu göstərir ki, ermənilər heç bir dinə, inanca baxmır”.