• 2 Mart 2024
logo
ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinə qəbulun vaxtı uzadılıb

ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinə qəbulun vaxtı uzadılıb

Azərbaycan Dillər Universitetinin (ADU) Əlavə təhsil və təcrübə fakültəsi 2019/2020-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidən hazırlanması təhsilinə Azərbaycan Dillər Universitetində mövcud olan bütün ixtisaslar üzrə tələbə qəbulu elan edir

Bu barədə Trend-ə ADU-dan məlumat verilib.

Tələb olunan sənədlər:

rektorun adına ərizə;
diplom və əlavəsinin surəti;
şəxsiyyət vəsiqəsinin surəti;
3x4 sm ölçüdə 2 ədəd fotoşəkil;
sağlamlıq haqqında arayış;

Sənədlər 2019-cu il iyun ayının 1-dən avqust ayının 27-dək (istirahət günlərindən başqa) saat 10:00-16:00-dək qəbul edilir.

Ünvan: ADU-nun 3 saylı tədris binası. Bakı şəh., Nərimanov ray., Təbriz küç., 81, III mərtəbə, otaq 308

Tel: (012) 564 22 48; (055) 302 88 57

E-mail: [email protected]

Sayt: www.adu.edu.az