• 2 İyul 2025
logo
İnzibati rəhbər vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 26 nəfər qeydiyyatdan keçib

İnzibati rəhbər vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 26 nəfər qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 23-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı oktyabrın 21-i saat 23:50-dək aparılacaq. Bu günə olan məlumata görə, 26 nəfər (AB - 5, AC - 21) qeydiyyatdan keçib.

İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.