• 13 May 2025
logo
Azərbaycanda daha 23 şagirddə koronavirus aşkarlanıb

Azərbaycanda daha 23 şagirddə koronavirus aşkarlanıb

Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.

Nazirlikdən bildirilib ki, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 27, işçi sayı 1 olub.

Son sutka ərzində koronavirusa yoluxan şagird sayı 23, işçi heyətinin sayı 6 olub.