• 23 Aprel 2021
logo
Cəbhə zonasının bəzi ərazilərində qazın verilişi bərpa olunub

Cəbhə zonasının bəzi ərazilərində qazın verilişi bərpa olunub

Cəbhə zonasındakı gərgin vəziyyətlə bağlı qaz təchizatı məhdudlaşdırılan bəzi ərazilərdə qazın verilişi bərpa olunub.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyində yaradılan Qərargahın məlumatında deyilir.

“Oktyabrın 7-də saat 09:00-dan etibarən Füzuli rayonunun 5 yaşayış məntəqəsinə (Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Mirzənağılı, Əhmədalılar və Qazaxlar kəndləri) təbii qazın verilməsi təmin edilib. Hal-hazırda Beyləqan və Bərdə rayonları tam olaraq qazla təmin edilir. Ağdam rayonu üzrə isə 6 yaşayış məntəqəsi təbii qazla təmin edilməkdədir. Digərlərində müvəqqəti olaraq qaz təchizatı məhdudlaşdırılıb. Tərtər rayonunun isə qaz təchizatı tam olaraq məhdudlaşdırılıb”, - məlumatda deyilir.