• 22 Aprel 2021
logo
Bahar Muradova: İndiyədək 3 uşaq ermənilərin mülki əhalini atəşə tutmasının qurbanı olub

Bahar Muradova: İndiyədək 3 uşaq ermənilərin mülki əhalini atəşə tutmasının qurbanı olub

Ermənilər Azərbaycanda qaçqın və məcburi köçkünlərin yaşadıqları əraziləri atəşə tutmaqda məqsədi gələcəkdə torpaqlar işğaldan azad edildikdən sonra onların həmin yerlərdə məskunlaşmasının qarşısını almaq və qorxutmaqdır.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. Onun sözlərinə görə, erməni tərəfi uduzduqca atəşə tutduqları arealı genişləndirirlər.

B.Muradova qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri sentyabrın 27-dən təmas xətti boyunca iriçaplı silahlardan mülki əhalini atəşə tutub. İndiyədək 3 uşaq bu erməni təxribatının qurbanı olub. İndiyədək yaralananların 1-i, ölənlərin 2-si uşaq olub.

B.Muradova əlavə edib ki, bir neçə gün əvvəl komitənin adından beynəlxalq təşkilatlara müraciət edilib. Lakin beynəlxalq təşkilatlardan gözləntilər özünü doğrultmur.

Azərbaycan tərəfinin beynəlxalq konvensiyalara uyğun hərbi əməliyyatlar apardığını deyən B.Muradova Azərbaycan Ordusunun zəfər yürüşünün davam edəcəyinə və insanların öz doğma yurdlarına qayıdacaqlarına əminliyini bildirib.