• 18 May 2025
logo
Orfoepiya Komissiyası üzrə İşçi qrupu yaradılıb

Orfoepiya Komissiyası üzrə İşçi qrupu yaradılıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Azərbaycan dilinin orfoepiya lüğəti" çapa hazırlanır. Bununla əlaqədar Orfoepiya Komissiyası və onun nəzdində İşçi qrupu yaradılıb.

AMEA-dan bildirilib ki, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Orfoepiya Komissiyasının sədri seçilib.

Komissiyanın nəzdində fəaliyyət göstərən İşçi qrupunun üç iclası keçirilib. İclasda orfoepiya normaları müzakirə olunub. Orfoepiya normaları lüğəvi, qrammatik və qrafik şəraitdə tələffüzə əsaslanıb. Normalara bir sıra yeniliklər də daxil edilib.