• 20 Aprel 2021
logo
Təhsil Nazirliyi Xocavəndin məktəb, şagird və müəllim sayını açıqlayıb

Təhsil Nazirliyi Xocavəndin məktəb, şagird və müəllim sayını açıqlayıb

Bu gün Xocavənd rayonunun işğalından 28 il ötür.

Təhsil Nazirliyindən verilən məlumata görə, işğal olunana qədər rayonun 12 ümumtəhsil məktəbi fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin ümumi sayı 1839, müəllim sayı 260 olub.

Hazırda rayon üzrə 16 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Təhsilalanların sayı 2051, müəllimlərin ümumi sayı isə 261-dir.